Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Əsgəranda Afrika vəbası yayılıb

 

 

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin Əsgəran rayonunun Naxçivanik kəndində yaşayan erməni icmasının təsərrüfatında saxlanılan donuzlar arasında Afrika vəbası yayılıb

 

Yenixeber.org: Ermənistan KİV-inə istinadən xəbər verir ki, bir neçə gün ərzində iki təsərrüfatda 31 donuz ölüb.

Qeyd edək ki, yüksək hərarət, dərinin göyərməsi, daxili orqanlarda qanaxma bu xəstəliyin əlamətləridir. Beynəlxalq təsnifata əsasən, virusla yayılan Afrika vəbası heyvanlar arasında yoluxucu xəstəliklər sırasında A siyahısına daxildir.

Bir neçə il bu xəstəlik Gürcüstan, Belarus və Ukraynada da kütləvi şəkildə yayılmışdı. 2017-ci ildə isə Rusiyanın Omsk, Tümen və Kalininqrad vilayətlərində qeydə alınıb.

 

Bu xəstəliyə qarşı peyvənd yoxdur. Ona yoluxan xəstə heyvanın müalicəsi qadağandır. İnfeksiya mənbəyi və ondan 20 km radiusda yerləşən xəstə heyvanların məhv edilməsi məqsədəuyğun sayılır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam