Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Məşhur şirkətdən müsəlmanlara hörmətsizlik- "Məhəmməd" sözünü görün hara yazdılar - VİDEO - FOTO

Məşhur şirkətdən müsəlmanlara hörmətsizlik

 

 

Heydərabadda bir qrup müsəlman küçəyə yığışıb, uşaq bezi bağlamalarını yandıraraq Pampers-in məhsullarını boykot ediblər

 

Yenixeber.org: Buna səbəb Pampersin üzərində ərəbcə "Məhəmməd" yazılmasıdır.

Belə ki, hindistanlı aktivistlərin dediyinə görə, pampersin üzərinə çəkilən pişik şəklinin kirpiyində gözəçarpmayacaq dərəcədə Məhəmməd sözü yazılıb.

Pampersi yandıran şəxslər bunu müsəlmanlara təhqir kimi qəbul ediblər. Onlar məhsulu yandırarkən çəkilən videonu sosial şəbəkəyə yükləyərək müsəlmanları Pampers məhsullarını almamağa çağırıblar. Video 200 min dəfə izlənilib.

Kənd sakinləri bu barədə polisə də müraciət ediblər. Onlar bildiriblər ki, "Procter & Gamble" şirkəti müsəlmanlara qarşı hörmətsizlik edir. Kəndlilər bu şirkətin məhsullarının satışdan çıxarılmasını tələb ediblər.

"Procter & Gamble" şirkəti sosial şəbəkədə yayılan məsələ ilə bağlı The Sun-a açıqlama verməyə məcbur qalıb. Şirkət deyilənləri təkzib edib.

"Sosial şəbəkələrdə yayılan videolar barədə məlumatımız var. Deyilənlər yalandır. Orada, sadəcə, məsum pişik şəkli çəkilib. Çəkilən cizgilərin arxasında hansısa dini və ya şəxsi təhqir etmək niyyətimiz yoxdur".

Məşhur şirkətdən müsəlmanlara hörmətsizlik -

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam