Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

- Azərbaycanda - NADİR HAL - Sidik kisəsi çöldə doğuldu

Sidik kisəsi çöldə doğuldu

 

 

Sidik kisəsi çöldə doğulan 2 aylıq oğlan uşağı onun üçün olduqca ağır həyati hesab edilən cərrahi əməliyyat keçirib

 

Yenixeber.org: Bununla bağlı məlumat verən uroloq cərrah Fuad Hüseynov bildirir ki, bu olduqca nadir haldır, yəni dünyada 100000 uşaqdan 3-ü bu cür doğulur: "Bizə müraciət etdiyində artıq 2 aylıq olan körpə üzərində apardığımız müayinələr nəticəsində məlum oldu ki, onun sidik kisəsi, sidik axarları çöldədir, sidik kanalı yoxdur, cinsiyyət orqanı, penisi açıq şəkildədir.

Sidik kisəsi ekstrofiyası epispadiya diaqnozu qoyularaq cərrahi əməliyyat planlaşdırıldı. Əməliyyatdan öncə çəkilən rentgendə qasıq sümükləri arasındakı məsafə böyük olduğu üçün Uzman travmatoloq Fərhad Verdiyev tərəfindən arxadan qalça sümükləri kəsildi ki qasıq sümüklərini yaxınlaşadıra bilək".

"Çəkisi 3 ,5 kq olan körpə üzərində uşaq cərrahiyyəsinin ən çətin əməliyyatlarından olan Sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatını uğurla icra etdik. Yəni sidik kisəsi ətraf toxumalardan sərbəstləşdirilərək normal yerinə yerləşdirildi. Ardından qasıq sümükləri yaxınlaşdırıldı, sidik kanalı bərpa edildi".

F.Hüseynov məlumat verir ki, uşağın vəziyyəti hazırda yaxşıdır, yaşadığı rayondadır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam