Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Kamran İmanov:“Jurnalistlərin yazıları oğurlanır və oğurlanacaq”

 

 

"Jurnalistlərin yazıları oğurlanıb, oğurlanır və çox güman ki, yenə də oğurlanacaq"

 

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

O bildirib ki, əqli mülkiyyət mədəniyyəti nə xəbər yazanlarda, nə də onu oğurlayanlarda formalaşmayıb: "Xəbəri, yazını düzgün qəbul etmək üçün insanlarda əqli mülkiyyət mədəniyyətini formalaşdırmaq lazımdır".

K.İmanov qeyd edib ki, xəbər oğurlayanlar xüsusən də müasir dövrdə sosial şəbəkələrin, internetin imkanlarında yararlanırlar: "Bütün imkanlar yaradıla bilər, ondan istifadə oluna bilər, amma mədəniyyət də olmalıdır".

"Jurnalistlər müəlliflik hüquqlarını qorumaq üçün nə etməlidir, hara müraciət etməlidir, beynəlxalq təcrübə nə deyir" - sualına cavab olaraq, sədr bildirib ki, jurnalist yazılarının oğurlanması bütün dünyanın bəlasıdır: "Azərbaycanda gəlincə, Müəllif Hüquqları Agentliyinin saytında dediyiniz mövzu ilə bağlı bütün məlumatlar yerləşdirilib. Saytda "Müasir sistemdə bu bəla ilə necə mübarizə aparırlar, internetdə hüquqlar necə idarə olunur və agentlik bunun üçün nə edir" - kimi sualların hamısına cavab tapacaqsınız".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam