Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

229 ağac qanunsuz kəsilib-Lənkəranda

Lənkəranda 229 ağac qanunsuz kəsilib
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu meşə sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları, Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) mütəxəssisləri tərəfindən dərhal araşdırılıb.
ETSN-dən verilən məlumata görə, araşdırma zamanı ağacların LənkəranMMBM-nin Haftoni meşəbəyliyinin 16 saylı dolayında kəsildiyi aşkar edilib. Əraziyə keçirilən baxış zamanı köküstə yaş müxtəlif cinsli 229 ədəd ağacın kəsildiyi və təbiətə 9209.33 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Meşə fonduna dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam