Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ağsu dolaylarına alternativ olan 16 kilometrlik yeni yol çəkiləcək –TƏFƏRRÜATLAR

ilham_aliyev_road_opening_19082017_-_13

Ağsu dolaylarından istifadə etmədən Şamaxıdan Ağsuya yeni avtomobil yolu tikiləcək.

Yenixeber.org: Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, yeni tikiləcək yol Bakı-Şamaxı-Yevlax yolunu birləşdirəcək: “Bakı-Şamaxı-Yevlax avtomobil yolu Ağsu dolaylarından keçir. 14 kilometr uzunluğunda olan Ağsu dolayları isə sürüşmə zonasında yerləşir. Buna görə də Bakı-Şamaxı-Yevlax avtomobil yolu Muğanlı qəsəbəsindən başqa istiqamətə çəkiləcək. Yeni tikiləcək yolun uzunluğu 16 kilometr olacaq. Həmin yol Muğanlı qəsəbəsindən başlayaraq Ağsu çayının kənarı ilə tikiləcək və birbaşa Ağsu rayonunda Bakı-Şamaxı-Yevlax yoluna birləşəcək”.

A.Nəcəfli bildirib ki, hazırda ərazidə geoloji-kəşfiyyat işləri aparılır: “İşlər başa çatandan sonra yeni tikiləcək yolun layihəsi hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacaq və maliyyə ayrılandan sonra yolun tikintisinə başlanacaq. Yeni yolun tikintisinə gələn il başlanacaq”.

Xatırladaq ki, Bakı-Şamaxı-Yevlax yolunun Bakıdan Şamaxıya qədər və Ağsudan Yevlaxa qədər olan hissəsi yenidən qurulub və sürücülərin istifadəsinə verilib.(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam