Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bakıda fəhlə Qəhirmanın dəhşətli ölümü-Zülfüqarlı qardaşlarının sexində

 

Zülfüqarlı qardaşlarına məxsus polad istehsalı üzrə sexdə növbəti faciəvi hadisə baş verib. Redaksiyamıza məlum olduğuna görə, daha bir fəhlə həlak olub. Bu, Şamaxı rayonundan olan Qəhirman adlı şəxsdir.

Yenixeber.org: Qəhirman dəhşətli şəkildə dünyasını dəyişib – o, polad plitələrin arasında qalaraq əzilib. Faciə dəfələrlə yazdığımız kimi, Zülfüqarlı qardaşlarının sexlərində elementar təhlükəsizlik qaydalarına riayət edilməməsi ucbatından baş verib.

Qeyd edək ki, bu, Zülfüqarlı qardaşlarının kustar sexlərində ilk fəhlə ölümü deyil. Bu ilin yayında burada 33 yaşlı Samir Hümmətov və daha bir neçə fəhlə ölmüşdü.

Daha öncə yazmışdıq ki, Zülfüqarlı qardaşları Azərbaycanda sistemli şəkildə qeyri-leqal və qanunsuz biznes qurublar. Hazırda bu qeyri-leqal şəbəkəyə dörd gizli sex daxildir.

Həmin gizli sexlərdə elementar təhlükəsizlik qaydalarına əməl olunmur və tez-tez bədbəxt hadisələr baş verir. Zülfüqarlı qardaşlarının sexlərində tikinti-inşaat işlərində istifadə edilən aşağı keyfiyyətli armaturun, şvellerlərin, həmçinin kvadrat və dəyirmi profillərin istehsalı həyata keçirilir. Maraqlıdır ki, aşağı keyfiyyətinə baxmayaraq, bu kustar məhsullardan indiyədək çoxmərtəbəli yaşayış binalarının və dövlət müəssisələrinin tikintisində, təmir işlərində istifadə olunur.(virtualaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam