Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu şəhərlər su altında qalacaq - TƏHLÜKƏ

"Batan Şəhərlər" adlı tədqiqatda okean səviyyəsində sürətlə aşağı düşən şəhərlərdən söz açılıb.

Yenixeber.org:  Amerika, Asiya, Afrikada su basqını təhlükəsi ilə üz-üzə olan şəhərlərdə prosesin müxtəlif səbəbləri var. Yanlış şəhər planı, iqlim dəyişikliyi və s. kimi faktorlar böyük fəlakətlərə səbəb ola bilər.

1. İndoneziyanın paytaxtı Cakarta dünyanın ən sürətlə çökən şəhərləri arasındadır. Ərazisinin 40%-i dəniz səviyyəsindən aşağıda yerləşən Cakarta hər il 10 düym çökür. 

2. İngiltərənin paytaxtı London oxşar təhlükə ilə üz-üzə olan şəhərlərdəndir. 11 min illik buzlaqların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Temza çayının sahilində qurulmuş sədd şəhəri hər il bir neçə dəfə sel təhlükəsindən qoruyur.

3. Banqladeşin paytaxtı Daka hər il yarım düym çökür. Tektonik dəyişikliklər, kanalizasiya sistemi problemi şəhərdəki dəyişikliyin səbəbi hesab edilir.

4. Taylandın paytaxtı Banqkok dəniz səviyyəsindən yüksəkdə yerləşsə də, hər il bir düym çökür. Şəhərin 2030-cu ilə qədər su altında qalması gözlənilir. Paytaxtdakı göydələnlər şəhərin köçməsinin səbəbi hesab edilir. 

5. ABŞ-ın Nyu Orleans şəhəri 2040-cı ilə qədər 14,5 düym çökəcək. Ölkədə baş verən bu tip prosesin səbəbi kimi buzlaqların əriməsi, kanalizasiya suları, su, neft və qazın istehlakı göstərilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam