Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bilici quş dimdiyindən ilişər... -Və yaxud DGK sədrinin təkcə 3 düzü yox, bütünlükdə onu aparacaq səhvi...

 

 “Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm”...
Yenixeber.org: Xatırlayırıq və özü də yaxşı xatırlayırıq... Bu sözlərin müəllifi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdir. O Səfər Mehidyev ki, ilk dəfə deyildi siyasi səhv edirdi... buna qədər də "mən xəyanəti və rüşvəti bağışlamıram" demişdi. Və əslində "xəyant-rüşvət" deyərkən özünə sadiq olmayanları bağışlamadığını ifadə etmişdi. Yəni hər şey sonradan gün kimi aydın olmuşdu.

İndi də gün kimi aydın olur... HƏR ŞEY! Bu barədə saytımıza danışan məlumatlı mənbə bildirir ki, “ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm”, deməsilə Səfər Mehdiyev əslində özü barəsində "yuxarılarda" ciddi bir mənfi reputasiya formalaşdırıb. Daha dəqiqi, barəsində olan neqativləri qətiləşdirib.

Mənbənin bu barədə saytımıza söylədikləri:

"Bu vaxta qədər əgər onunla bağlı müəyyən tərəddüdlər var idisə, indi tam net bir qənaət var. Adam siyasi baxımdan tam olaraq səbatsızdır və bu çatışmamazlılığı nəhayətdə onunla bağlı bir qərarı belə qüvvəyə mindirə bilər".

Mənbə xatırladır ki, buna qədər də ayrı-ayrı məmurlara müstəqil olaraq mediaya açıqlama vermələri qadağan edilmişdi: "İndi də anoloji qərar DGK sədri barəsində çıxarıla bilər. Çünki “ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm” ifadələri çox ciddi ünvanlarda tamam fərqli ampluada xarakterizə olunmaqdadır".

Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(dia.az) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam