Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sosial problemlər dərinləşir- Ermənistanda

Ermənistanda hökm sürən xaos getdikcə dərinləşir.

Yenixeber.org: Sosial problemlərdən çıxış yolu tapa bilməyən vətəndaşlar çarəni etiraz aksiyalarında görürlər.

Bu dəfə bir qrup şəxs məmurlara verilən mükafatlara qarşı çıxıb. Şikayətçilərdən Marine Akopyan deyib ki, məmurlara dövlət büdcəsindən ayrılan 10 milyon dram dəyərində mükafat təcili büdcəyə geri qaytarılmalıdır. Həmin qərar Serj Sarkisyanın vaxtında verilib və mükafata layiq görülən məmurların bir çoxu vəzifələri ilə vidalaşıblar. Etirazçılar bildiriblər ki, tələbələri Sarkisyan komandasında olan məmurların qanun qarşısına çıxarılması ilə bağlıdır. Sarkisyan başda olmaqla generallar bu xalqı neçə illərdir ki, qorxu, zülmət içərisində saxlaya-saxlaya büdcəni talan ediblər. Etirazçılar əgər baş nazir quldur məmurlardan vəsaitləri geri qaytarmasa, imzatoplama kampaniyası təşkil edib Ali Məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Bundan başqa, erməni ordusundakı ölüm halları ilə bağlı da etirazlar artıb. Belə ki, Ermənistanın Lori bölgəsindən olan Smbat Manukyan və həyat yoldaşı Susan tək övladlarının qəfil və müəmmalı ölümü ilə 3 ildir barışa bilmirlər. Onlar deyirlər ki, oğulları Sarkis 2016-cı ilin mayında Ararat bölgəsində hərbi xidmətə başlayıb. Həmin ilin dekabrında əsgərin yüksəkvoltlu elektrik cərəyanı vuraraq öldüyü ilə bağlı xəbər alıblar. Patoloji anatomiyanın ilkin nəticələri isə şübhə yaradıb. Məlum olub ki, əsgərə işgəncələr verərək öldürüblər. İşi ört-basdır etmək üçün isə istintaqa səhv məlumat veriblər. Ailə keçmiş müdafiə nazirləri Seyran Ohanyan və Viqen Sarkisyanla görüşsə də, cinayətdə şübhəli bilinən zabitlərə qarşı tədbir görülmür. Övladlarını qeyri-döyüş şəraitində itirən valideynlər illərdir məhkəmələrdə süründürülürlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam