Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Gürcüstanda QİÇS-ə yoluxanların sayı 7500 nəfəri ötdü

Gürcüstanda 7521 nəfər QİÇS daşıyıcısıdır.

Yenixeber.org: Gürcüstanda bu ilin əvvəlindən QİÇS-ə yoluxma ilə bağlı 87 yeni hal qeydə alınıb.

Bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzi məlumat yayıb.

Gürcüstanda, ümumilikdə, 7521 nəfər QİÇS daşıyıcısıdır. Xəstəliyə yoluxanların 5630-u kişi, 1891-i isə qadındır. Pasiyentlərin əksəriyyəti 29-39 yaş qrupuna daxil olan insanlardır. QİÇS 4007 xəstədə inkişaf edib, 1540 nəfər isə ölüb.

HİV infeksiyasına yoluxma hallarının 39,6%-i narkotik vasitələrdən istifadə, 46,5%-i isə cinsi əlaqə vasitəsilə yayılıb.

QİÇS-ə yoluxan şəxslərin böyük əksəriyyəti Tbilisinin payına düşür. Gürcüstan paytaxtında 2758 nəfər QİÇS daşıyıcısıdır.

Azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində bu xəstəliyə 387 nəfər yoluxub.

Qonşu ölkədə 111 uşaqda HİV infeksiyası aşkarlanıb. Onların 69-u oğlan, 42-si isə qızdır. Onlardan 27-si ölüb.

Qeyd edək ki, Gürcüstanda QİÇS-ə yoluxma ilə bağlı ilk hal 1989-cu ildə qeydə alınıb.(


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam