Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Metsamordakı fəlakətə hazırıqmı? -Türkiyə nümunəsindən çıxarılması gərəkən dərs

 “Metsamor AES” – Qafqazın barıt çəlləyi – TƏHLİL

Aydın Mirzəzadə: “Bu qurumun bütün mümkün təhlükələrlə bağlı planları var”

Yenixeber.org: Məlumata görə,Türkiyənin İğdır şəhərində qardaş ölkənin bir sıra qurumları, eləcə də Kimyəvi Bioloji Radioloji və Nüvə Əməliyyat Qrupu, Fövqəladə Hallar Nazirliyi təmsilçilərinin iştirakçılığı ilə Metsamor AES-lə bağlı toplantı keçirilib. Toplantıda Türkiyə sərhəddindən 16 km-lik məsafədə yerləşən AES-in qəzalı vəziyyətdə olması müzakirə edilib. Cari ilin iyun ayında isə Metsamor AES-də qəza baş verəcəyi təqdirdə Türkiyə vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün atılması gərəkən addımlar müzakirə ediləcək.

Xatırladaq ki, Metsamor AES-in qəzalı vəziyyətdə olması ilə bağlı Azərbaycanda da çoxlu sayda bəyanatlar səslənməkdədir. Maraqlıdır, madam ki, Metsamor AES-in qəzalı vəziyyətdə olması ilə bağlı bu cür narahatlıq var, Azərbaycanın da Türkiyə kimi Metsamorda baş verəcək mümkün fəlakət anında hansı addımlar atacağı müəyyənləşdirilməlidirmi?

Bu haqda açıqlama verən millət vəkili Aydın Mirzəzadə ölkəmizdə FHN-nin fəaliyyət göstərdiyini, bu qurumun bütün risk və təhlükələri nəzərə aldığını vurğuladı:

“Azərbaycadna FHN var. Azərbaycan ərazisində, yaxud Azərbaycanın sərhədlərinə yaxın ərazilərdə yaşana biləcək bütün mümkün təhlükələrlə bağlı onların planları var. Mən xüsusi olaraq xəbərdar deyiləm. Lakin hesab edirəm ki, bütün bu məsələlərin hamısı həmin qurum tərəfindən nəzərə alınır”.(moderator.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam