Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“İnsanın əsəbini pozur” - Şou əhlindən Xırdalanla bağlı şikayət -Video

 

“İnsanın əsəbini pozur” -

Şou-biznes nümayəndələri bu dəfə Abşeron rayonunun Xırdalan şəhərində şikayətləniblər.

Yenixeber.org: Onlar bu barədə sosial şəbəkələrdə paylaşım ediblər.

“Xırdalan çox pis vəziyətdədir! Yolları bərbaddır! Yazıq Xırdalan sakinləri hər gün bu bərbad yollarla, “lük”lərlə, tıxaclarla necə işə gedib-gəlirlər? Buranın İcra Hakimiyyəti baxmır buraya? Mən buradan köçmüşəm, sevinirəm! Vallah, insanlar əziyyət çəkir!” – deyə şikayətini yazan prodüser-aparıcı Tarix Əliyev (Tolik) Xırdalana səfərini əks etdirən video da paylaşıb.

"Allah səni qorusun. Yaxşı ki, varsan", - deyə müğənni Nazənin də ona dəstək olub.

Aparıcı Humay Muxtarova da Xırdalanla bağlı şikayətini yazıb. Xanım aparıcı bu şəhərdən köçməsi ilə bağlı sevincini ifadə edib: “Elə mən də köçüb canımı qurtardım. Ora xarabalıqdır, sanki".

Əməkdar artist Nigar Şabanova da şikayətçi şou əhlinə qoşulub. Xanəndə yolların bərbad durumda olmasından gileylənib: "Nə yaxşı ki, varsan. Ora elə bir haldadır ki. O yol insanın əsəbini pozur, maşın nə günə düşür..."

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam