Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Generalın kadrı Jalə Əhmədova Salyandan deputat seçilir? –FOTO

 

Parlament seçkilərində gözdən uzaq və iraq dairələrdən biri 59 saylı Salyan seçki dairəsidir.

Yenixeber.org: Bu dairədə Jalə Əhmədovanın qalib elan ediləcəyi gözlənilir.

J.Əhmədovanın iş yeri Xüsusi Dövlət Mühafizə Xidməti göstərilib. Nəzərə alsaq ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general-polkovnik Vaqif Axundovdur və generalın Salyan rayonunda böyük nüfuzu, hörməti, əlaqələri var, o halda işçisi J.Əhmədovanın mandat qazanacağı ehtimalı yüksəkdir.

Həmin dairədə AMİP-dən Gültəkin Əsgərova, YAP-dan Rəşad Hacıyev namizəddirlər. Sonuncu 12 saylı Salyan Yol sahəsi işçisidir. Həmçinin, sahibkar Ariz Mənsimov, işsiz Faiq Nəzərov, Qaz idarəsinini işçisi Vasif Hümmətov, 4 saylı məktəbin işçisi Könül Rəhimova namizəddirlər.

Jalə Əhmədova “Alyans Konsaltinq” MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, Azərbaycan Respublikası Energetika nazirliyində şöbə müdirinin müavini vəzifələrində çalışıb.

Jalə Əhmədova hazırda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində baş hüquqşünas vəzifəsində çalışır. 2018-ci ildən Vinq Çun döyüş sənəti federasiyasının təsisçisi və I-ci vitse-prezidentidir.(reportyor.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam