Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ASTARA XƏSTƏXANASINDA DƏHŞƏT! - "Çinlini, hindlini gətirib bizim yanımıza qoyublar" + VİDEO

 

Sosial şəbəkələrdə İrandan Azərbaycana geri qayıdan və koronavirus şübhəsi ilə Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən şəxslərin xəstəxanadakı vəziyyətdən narazı qalmaları ilə bağlı daha bir video görüntü yayılıb.

 Yenixeber.org: Karantində saxlanılanlar spirt, tibbi maska tapa bilmədiklərini deyirlər. Virusun qeydə alındığı şəhərlərdən gələnlərlə koronavirusun aşkarlanmadığı şəhərlərdən gələnlər eyni şöbədə saxlanılır. Görüntülərdən bəlli olur ki, xəstəxana binası təmirsiz və bərbad haldadır. Xəstəxananın mətbəxtində nahar etmək üçün şərait yoxdur, karantində saxlanılanların istifadəsi üçün 2 stəkan, 2 boşqab qoyulub.

“İçməli su yoxdur, bizə deyirlər ki, krantdan su için. Yeməyi öz pulumuza alırıq, bu gün sosiska alıb yemişik. Hamımız yoluxucu xəstə adı ilə saxlanılır, antisanitariya şəraitində sağlam adam da xəstələnə bilər. Səhər tezdən çinlini, hindlini gətirib bizim yanımıza qoyublar”,-şikayətçilər söyləyiblər. İddialardan biri də xəstəxananın dizenfeksiya olunmamasıdır. Videonu çəkənlər deyiblər ki, soğan, sarımsaq aldıraraq xəstəlikdən qorunmağa çalışırlar. “Nə əlcək, nə spirt, nə də tibbi spirt yoxdur”. Xəstəxana əməkdaşı isə bildirib ki, spirt çatdıra bilmirlər. “Bizim özümüzə belə vermirlər, başına dönüm. Bu xəstəxanada 15 ildir işləyirəm, belə şey görməmişəm”, - xəstəxana əməkdaşı karantində olanlara bildirib.

Görüntüləri lentə alanlar onu da qeyd ediblər ki, məqsədləri süni ajotaj yaratmaq deyil, problemi diqqətə çatdırmaqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam