Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Mavritaniyada - çətinliklə üzləşən azərbaycanlı gəmi kapitanından açıqlama

Gəmi kapitanı Rövşən Abdullayev “Report”a açıqlama verib

“Dövlət qurumlarına təşəkkürümüzü bildiririk. Bizə yardım etdilər, hesabımıza vəsait göndərdilər, borclarımız bağlandı. Yardımlar hələ davam edir”.

Yenixeber.org: Bunu açıqlamasında iş adı ilə aldadılıb Mavritaniyaya aparılan, sonradan ciddi problemlərlə üzləşən Azərbaycan vətəndaşı olan 4 dənizçidən biri - gəmi kapitanı Rövşən Abdullayev deyib. 

O qeyd edib ki, Azərbaycanın Mərakeşdəki səfirliyinə və Azərbaycan Dənizçilər İctimai Birliyinə müraciətdən sonra dövlət qurumları onların çətinliklərinə biganə qalmayıb və Diasporla İş üzrə Dövlət Komitəsi dənizçilərlə sıx təmasa başlayıb: "Diasporla İş üzrə Dövlət Komitəsindən dəfələrlə bizimlə əlaqə saxlanıldı və bildirildi ki, düşdüyümüz vəziyyətdən çıxmaq, xüsusilə də maddi çətinliklərinizin aradan qaldırılması üçün lazımı addımlar atılacaq. Bildirdilər ki, bu barədə müvafiq qurumlara məlumat çatdırılılıb. Bundan sonra problemimiz həll olundu".

Rövşən Abdullayev əlavə edib ki, bəzi KİV-lər onlar haqqında koronavirusa görə Mavritaniyada qaldıqları barədə əsassız informasiyalar yayıb: “Bizi aldadıblar deyə burada qalmışıq. Onlar bizi bilə-bilə girov kimi saxlayıblar. Əsas səbəb budur. Pasportlarımız əlimizdə olsaydı, virusun geniş yayılmasından öncə qayıda bilərdik”.

Gəmi kapitanı onları aldadan dələduzların məsələsinə də toxunub. O, həmin 3 nəfər barəsində ərizə yazdıqlarını və səfirliyə göndərdiklərini söyləyib. Rövşən Abdullayevin sözlərinə görə, Rasim Əliyev, Vedat Yüksel, Raqib Qaradəniz barəsində məsuliyyətə cəlb edilmə və təzminat tələbinin əks olunduğu ərizəni səfirlik XİN-ə, XİN isə DİN-ə yönləndirib.

“Şükürlər olsun ki, vəziyyət yaxşılığa doğru gedir. İnşallah vətənimizə qayıdarıq”,- o vurğulayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam