Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Koronavirus:uşaqlarda pandemiyaya görə "post-travmatik stress inkişaf edir"

 

 Uşaqlarda koronavirus pandemiyası səbəbiylə post-travmatik stress də daxil olmaqla ciddi ruhi sağlamlıq vəziyyətləri inkişaf edir, bir hesabatda deyilir.

Yenixeber.org: "Uşaqlıq Güvəni" xeyriyyə təşkilatının hesabatında göstərilir ki, pandemiya uşaqların həddindən artıq həssas qalmasına səbəb olur.

Sevdiklərinin sağlamlığı ilə bağlı narahatlıqla yanaşı, bir çox uşaq sosial təcrid və aclıqla da qarşılaşır.

İnternetə çıxışın olmaması da uşaqları "geri addımlamağa" doğru aparır.

                                  "Anam öləcək, geri qayıtmayacaq"

"Uşaqlıq Güvəninin" təşkilatının baş icraçı direktoru Laurence Guinness, deyib ki, danışdığı bir çox uşaq koronavirus və ölümlə əlaqəli "qabarıq kabuslar"la - post-travmatik stress pozğunluğunun (PTSD) mümkün yan təsiri ilə qarşılaşdıqlarını söyləyib.

Laurence Guinness bu uşaqların dünyadakı ölüm saylarından təsirləndiyini, bunun da onları valideynlərinin və dostlarının koronavirusdan öləcəyindən qorxutduğunu deyib.

"Hər gün ölüm sayının artdığı bildirilir - bu uşaqlar bunların hamısını gördülər və daxili içlərinə atdılar" dedi.

Hesabatda, Bath Universitetinin klinik psixoloqu Dr Maria Loades-ə istinadən deyilir ki, təcrid tədbirləri "depresiya və ehtimal olunan narahatlıq riskini, eləcə də post-travmatik stressi çoxalda bilər".

Londonda ibtidai məktəb müəllimi Galiema Amien-Cloete deyib ki, o, valideynlərin koronavirus barədə narahatlıqlarının "uşaqlara ötürüldüyünün" şahidi olub.

Hesabatda qeyd olunur ki, Londonda ibtidai sinfə gedən qız anası səhiyyə sistemində işlədiyi üçün onun "koronavirusa yoluxub-yoluxmayacağı barədə" narahatlıq keçirib. Digər qız isə anası hər evdən işə getdiyində "anam öləcək, geri qayıtmayacaq" deyə düşündüyünü deyib.(BBC)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam