Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

 Ağsuda yaşadıqları ünvanları tərk edən -COVİD-19 xəstələri barəsində cinayət işi başlanılıb

Ağsuda Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Ağsu rayon  sakinləri-Cövdət və Rüfət Həsənov qardaşlarının və Sənani Əhmədovun  COVİD-19 testlərinin nəticələri pozitiv olduğuna görə onlara ev şəraitində müalicə təyin olunub və qaydalara riayət etmələri tapşırılıb. Buna baxmayaraq həmin şəxslər qaydaları pozaraq yaşadıqları ünvanları tərk ediblər və digərlərinin də sağlamlığına real təhlükə yaradıblar. Keçirilən tədbirlər nəticəsində onların rayon ərazisində olduqları yerlər müəyyən olunub. Həmin yerlərə həkim briqadası dəvət edilib və polis əməkdaşlarının da müşayiəti ilə yaşadıqları ünvanlara geri göndəriliblər.

         Hər üç şəxs barəsində Ağsu RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam