Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Şamaxıda -7 evdən oğurluq edən şəxs saxlanılıb

 

Şamaxı Rayon Polis Şöbəsinə  Çarhan kəndindəki evlərin birindən ümumi dəyəri 3200 manat olan inşaat materialları,  müxtəlif məişət əşyaları və təmir-tikinti alətlərinin oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə,  daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, zərərçəkmişin həmkəndlisi Ruslan Mahmudov saxlanılıb.  Araşdırma zamanı həmin şəxsin yanvar-fevral ayları ərzində Çarhan kəndi ərazisində daha 6 evdən oğurluq etdiyi məlum olub.  Belə ki, R.Mahmudovun ev sahiblərinin evdə olmamasından istifadə edərək həmin ünvanlara daxil olduğu, ümumi dəyəri 5000 manata yaxın olan müxtəlif məişət əşyaları və elektrik kabelini oğurladığı müəyyən edilib. O, oğurladığı əşyaların bir qismini satıb, digərləri isə polis əməkdaşları tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

         Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam