Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Quba polisi məktəblilərlə görüş keçirib -FOTOLAR

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Paşa oba kənd tam orta məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə tədbiri keçirilib.

Yenixeber.org: “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkotiklərin bir nəfərin yox ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib. O, son aylarda Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırıb, onları sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmağa çağırıb. Çıxışının sonunda isə M.Əliyev gənclərə daima diqqətli olmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu bildirib.

Həmçinin çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov narkotik asılılığının necə bir bəlaya səbəb olduğu barədə şagirdləri məlumatlandırıb. V.Rüstəmov həmçinin erkən nikahın fəsadlarından da bəhs edib.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam