Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İcra hakimiyyəti qarşısında intihar

 

Malik Əliyev və 5 ailə üzvü dolana bilmədikləri üçün üzərlərinə benzin tökərək özlərini öldürmək istəyiblər

"Xeberinfo.com":   Məlumata görə, bu barədə JAM.AZ-a verilən məlumatda deyilir ki, rayonun Qıraqlı kənd sakini Malik Əliyev 6 nəfər ailə üzvü ilə birlikdə Saatlı İcra Hakimiyyətinin binası önünə gələrək, üzərlərinə benzin tökərək, yandırmaq istəyiblər. 

JAM.AZ-a verilən bilgilərdə deyilir ki, məsələdən xəbər tutan icra başçısının müavinləri təcili olaraq hadisə yerinə gəlib və Əliyevlər ailəsini intihar etməkdən çəkindirməyə çalışıblar. Uzun-uzadı mübahisələrdən sonra Malik Əliyev fikrindən daşındırılıb və onu Polis Şöbəsinə aparıblar. 

Qeyd edək ki, Əliyevlər ailəsinin intihara təşəbbüs etmələrinin səbəbi onların dolanışıqlarının dəhşətli durumda olması olub. Belə ki, Malik Əliyev və ailə üzvləri dolana bilmədikləri üçün dəfələrlə rəsmi qurumlardan iş istəsə də, rədd cavabı alıb. Sonuncu dəfə ünvanlı sosial yardım almaq üçün müraciət etdiyi Saatlı Sosial Müdafiə Mərkəzində isə ondan pul istənilib. Və bununla da səbr kasası daşıb və intihara cəhd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam