Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Naxçıvan Mülki müdafiə alayında təlim keçirilib-FOTOLAR

 

 Naxçıvanda Mülki müdafiə alayında bölüklərlə taktiki-xüsusi təlim keçirilib.

Yenixeber.org xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə alayının 2024-cü tədris ilinə hazırlıq planına uyğun olaraq, döyüş hazırlığı proqramına əsasən bölük uzlaşma mərhələsinin başa çatması ilə əlaqədar bölüklərlə taktiki-xüsusi təlim keçirilib.

Təlimin təşkilində məqsəd hərbi hissədə keçirilən məşğələlərin keyfiyyətinin, bölüklərin şəxsi heyətinin, texnika və avadanlıqlarının döyüş hazırlığı vəziyyətinin yoxlanılmasından ibarət olub.

Təlim hərbi hissənin poliqonunda ümumilikdə 10 nöqtədə keçirilib. Bölüklər tərəfindən tapşırığın müstəqil formada icra olunmasını təmin etmək məqsədilə digər bölmələrdən gücləndirmə vasitəsi kimi istifadə olunub və qarşılıqlı fəaliyyət təşkil edilib.

Təlimin gedişində bölük taktiki səviyyəsində şəxsi heyətin gündüz və qaranlıq hava şəraitində təyinatına uyğun olaraq fəaliyyəti yoxlanılıb, qarşıya qoyulan məqsədlərə nail olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam