Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İcra başçısından iki məktəb direktoruna cəza: "Yəhova şahidləri"nə görə

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ötən gün şəhərin Əhməd Cavad küçəsi 47 saylı mənzildə qanunsuz fəaliyyət göstərən “Yehova şahidləri” təriqətinin 27 nəfər üzvünün polis tərəfindən saxlanılmasına münasibət bildirib.

Xeberinfo.com:   Məlumata görə, E.Vəliyev deyib ki, Gəncədə milli-mənəvi dəyərlərə zidd olan, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçmədən fəaliyyət göstərən dini cərəyanlara qarşı mübarizə ciddi şəkildə aparılacaq.

O, həmçinin qeyd edib ki, Gəncə Şəhər Təhsil İdarəsi şəhərdəki iki orta məktəbin direktoruna şiddətli töhmət verib. Buna səbəb həmin məktəblərdə “Yehova şahidləri” təriqəti üzvlərinin qanunsuz dini təbliğat aparmasına imkan verilməsi, nəticədə bəzi şagirdlərin həmin təriqətə qoşulması göstərilib.

İcra başçısı 15 yaşdan aşağı olan məktəblilərin məscidlərə girişini qadağan etdiyini də deyib: “Məktəblilər dərs oxumaqdansa, məscidlərə gedirlər. Burada da dindən istifadə edən çirkin məqsədli adamların təsiri altına düşürlər. Daha sonra bu yeniyetmələri fikirlərindən daşındırmaq olmur”.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsinin birgə keçirdiyi əməliyyat tədbiri zamanı şəhərin Poçt qəsəbəsində 5-i azyaşlı olmaqla, “Yehova şahidləri” təriqətinin 27 üzvü saxlanılaraq inzibatı məsuliyyətə cəlb edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam