Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İcra başçısı vətəndaşın evini sökdürüb

 

Nofəl Fərəcov deyir ki, istədiyi pulun vermədiyi üçün Rafil Hüseynov bu addımı atıb

Xeberinfo.com:   Masallının icra başçısı Rafil Hüseynovdan daha bir şikayət var. Bu dəfə də şikayətçi rayonda kiçik ticarətlə məşğul olan sahibkardır. 

Məlumata görə, bir neçə gün əvvəl bir qrup sahibkar haqqin.az saytına müraciət edərək, dövlət qurumlarından kömək istəmişdilər. Onlar icra başçısının qanunsuzluqla məşğul olduğunu, vətəndaşların əmlakını əllərindən aldığını vurğulamışdılar. 

Bu dəfə şikayətçi düşən Nofəl Fərəcov da eyni aqibətlə üzləşib. O, jam.az-a göndərdiyi açıqlamasında vurğulayır ki, Masallının Heydər Əliyev prospektində başqa rayon sakininin adına aldığı torpaq sahəsində obyekt tikdirən Rafil Hüseynov ətrafdakı sahibkar və sakinlərə dinclik vermir. 

Onun sözlərinə görə, icra başçısı rayondakı sahibkarlardan təhdid hesabına pul yığır. «Pul ala bilmədikdə isə ya məhkəməyə verib, sifarişli qərar çıxartdırır, ya da evini və obyektini sökdürür. Elə mənim də başıma belə bir oyun açıb. Rafil Hüseynov evimi sökdürüb. Rayon prokuroru, müvafiq dövlət qurumlarına da yazmışam, amma xeyri yoxdur». 

Rayon sakini rəsmi qurumlardan üzləşdiyi problemin həllində yardım istəyir.

Qeyd edək ki, Rafil Hüseynov hazırda məzuniyyətdədir və onun Çexiyada dincəldiyi bildirilir. 

Redaksiyadan:  Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam