Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? -Küçə zibilliyə çevrilib/FOTO

Redaksiyiyamıza Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsində məişət tullantılarının yığılması ilə bağlı sakinlərin müraciəti daxil olub.
Yenixeberorg.az: Vətəndaşlar yazır ki, küçədə toplanan zibil yığınları ərazidə antisanitar vəziyyət yaradıb. Sakinlər problemin aradan qaldırılması və küçənin təmizlənməsi üçün aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini, lakin indiyədək nəticə əldə olunmadığını bildirirlər.
Şikayətçilər iddia edirlər ki, müraciətlərinə baxmayaraq, məsul şəxslər problemin həlli istiqamətində lazımi addımlar atmırlar. Nəticədə zibil yığınları küçədə qalmaqda davam edir.
Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, şəhərin mənzil-kommunal təsərrüfatı sahəsinə cavabdeh qurumun rəhbəri isə Rövşən Lətifovdur.
Sakinlər aidiyyəti qurumların diqqətini problemə yönəltmələrini, Məhəmməd Əsədov küçəsində təmizlik işlərinin aparılmasını və belə halların təkrarlanmaması üçün tədbirlər görülməsini istəyirlər.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.(bizimesr.info)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam