Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qəbiristanlıqda məktəb tikintisi - Ağstafada

xosrobbey-mezarXeberinfo.com:   “Azadlıq”ın ötən saylarında dərc etdiyimiz Ermənistanın Berd rayonu ilə həmsərhəd Ağstafanın Köhnəqışlaq kəndində “Qəbiristanlıqda məktəb tikintisinə ehtiraz” adlı yazı ictimailəşəndən sonra məlumat aldıq ki, RIH başçısı Məhərrəm Quliyev tikintinin dayandırılması haqda göstəriş verib.

Tikinti işlərinə müvəqqəti fasilə verilsə də, kənd sakinlərinin dünən redaksiyamıza verdiyi məlumata görə, Köhnəqışlaq kənd qəbiristanlığında məktəb tikintisinə yenidən başlanıb.

Redaksiyamızın elektron poçtuna 20 nəfərin imzası ilə gələn və ölkə başçısı Ilham Əliyevə ünvanlanmış şikkayətə cavab verilmədiyi bildirilir. Şikayət ərizəsində qeyd edilir ki, kənd ərazisində məktəb tikintisi üçün məqsədəuyğun yerlərin çox olmasına baxmayaraq, icra başçısı Məhərrəm Quliyev “kor tutduğunu buraxmayan” kimi qəbiristanlıq ərazisində başlatdırdığı məktəb tikintisinin sakinlərin arzuladığı təhlükəsiz yerə köçürülməsində nədənsə, maraqlı deyil….

Şikayətçilər isə bildirir ki, qəbiristanlıqda məktəb tikintisinin başa çatdırılmasına heç cür yol verməyəcəklər!..

Prezident Aparatının qarşısında etiraza hazırlaşan köhnəqışlaqlılar “Azadlıq” vasitəsi ilə ölkə başçısı Ilham Əliyevə bir daha müraciətlə icra başçısı M.Quliyevə bununla bağlı göstəriş verməsini tələb edirlər…

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam