Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Kürdəmirdə barama tədarükü başa çatıb - FOTOLAR


 

Kürdəmir rayonunda bu mövsümdə 46 nəfər kümçü tərəfindən 80 qutu ipəkqurdu yetişdirilib.

 

Xeberinfo.com:   Qabaqcadan bağlanan müqaviləyə əsasən, kümçülər əldə etdikləri 3 ton 578 kiloqram keyfiyyətli məhsulu “Şəki İpək” ASC tərəfindən tədarük edilərək hər kiloqramı üçün baramaçılara 8 manat pul ödənilib.

Rayonun təcrübəli kümçüləri, o cümlədən  Qaramahmudlukəndindən Əlisa Azayev, Şüşündən Canəli Kərimov, CarlıdanƏziz Həsənov, Şahsevəndən Cabbar Cəbrayılov daha çox və keyfiyyətli məhsul yetişdirməyə nail olublar. Gələn il kümçülər bu mövsümdəkindən bir neçə dəfə çox ipəkqurdu yetişdirmək əzmindədirlər.

 

Kürdəmir rayonunda ənənəvi sahə olan baramaçılığın inkişafı istiqamətində görüləcək təxirəsalınmaz tədbirlər nəticəsindəpayız aylarında 15 000-dən çox tut ağacı əkiləcək ki, bununlada gələn il rayonda barama istehsalını 7 tona qədər artırmaq mümkün olacaqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam