Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bərdədə aksiya keçirilib

Bu gün  Bərdə rayonunda bir qrup sakinin etiraz aksiyası keçirdiyi bildirilir.

Xeberinfo.com:  Verilən xəbərlərə görə, sakinlər Bərdə-Agcabədi yolunu bağlayıblar.

Onların rayonun bəzi kəndlərinə qaz xətti çəkilişinin dayandırılmasına etiraz etdikləri söylənir.

Rayondan verilən xəbərə görə, aksiya iştirakçıları deyiblər ki, bir neçə kəndə qaz xətti çəkilişi bir aydan artıqdır dayandırılıb. Əvvəllər də etiraz ediblər, icra hakimiyyəti xəttin çəkilişinin davam etdiriləcəyini vəd edib. Ancaq xeyli vaxt ötməsinə baxmayaraq işlər bərpa edilməyib.

Aksiyanın təqribən 1 saatadək davam etdiyi bildirilir. Əraziyə polis, post-patrul əməkdaşları cəlb edilib. Ancaq aksiyaçıların bundan sonra da dağılmadığı söylənir.

Yerli sakinlərin bildirməsinə görə, etiraz aksiyası rayon icra hakimiyyəti nümayəndələri ilə görüşdən sonra baş çatıb. İcra Hakimiyyəti təmsilçiləri qaz xətti çəkilişinin bərpa ediləcəyini vəd edib.

Bərdə rayon İcra Hakimiyyətindən isə Turan İnformasiya Agentliyinə adinin çəkilməsini istəməyən bir şəxs aksiyadan xəbərsiz olduğunu deyib. Onun deməsinə görə, kəndlərə qaz xətti çəkilişi qrafik üzrə aparılır. Narazılığa əsas yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam