Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ekoloji reyd zamanı 80-dən çox avtomobil saxlanılıb

 

Yenixeber.org: Goranboyda atmosferi dəm qazı ilə normadan artıq zəhərləyən avtomobillərə qarşı eko reyd keçirilib.

 

"Report"un Qərb bürosunun məlumatına görə, yol patrul xidmətinin, 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin və Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşlarının Goranboy rayon ərazisində keçirdiyi reyd zamanı havaya buraxılan zəhərli qazların miqdarı normadan çox olan avtomobillərin sürücülərlə yanaşı, sərnişinləri ayaq üstdə daşıyan mikroavtobus və avtobusların sürücüləri də aşkarlanıb və onlar cərimələnib.

 

Dörd saatlıq reyd zamanı ümumilikdə 80-dən çox avtomobil saxlanılıb, sürücülər barəsində 40-dan çox inzibati protokol yazılıb. Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşları isə normadan çox yük və sərnişin daşıyan mikroavtobusun sürücülərini cərmələyib. Qeyd edək ki, cərmələrlə razılaşmayan bəzi sürücülərlə yoxlamalar aparan aidiyyəti qurum əməkdaşları arasında mübahisələr də yaşanıb.
Rayon ərazisində bu cür reydlər davam etdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam