Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ərəb turistlər kəndlərimizdə qala bilmir - Səbəb

[thumb]http://yenixeber.org/uploads/posts/2017-10/1507635678_ereb-turist.jpg[/thumb]

 

Azərbaycanın şimal-qərb zonasına ərəb turistlərin axınında azalma müşahidə olunur

 

Yenixeber.org: Yay aylarında xüsusilə Şəki-Qax-Zaqatala bölgəsinə gedən ərəb turistlər indi paytaxtdan kənara çıxmamağa üstünlük verirlər. Səbəb kimi isə hava şəraitinin son günlər çox yağıntılı və soyuq keçməsi göstərilir.

Regionlara səfər edib kənd evlərində qalmağa üstünlük verən turistlər getdikləri evlərdə bir gün qalmamış geri qayıtmaq məcburiyyətində qalırlar. Bunun bölgələrdə yerləşən evlərdə istilik probleminin olması ilə əlaqədar olduğu bildirilir.

 

İsti ölkələrdən gələn turistlər dağ bölgələrinin soyuq və şaxtalı havasını sevsə də, mənzillərdə heç cür isinə bilmədikləri üçün Bakıya qayıdırlar. Bu da sentyabrın ortalarından başlayaraq, xüsusilə şimal-qərb zonasına səfər edən turistlərin sayının kəskin azalmasına səbəb olub.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam