Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Polis Neftçalada silsilə oğurluq edən şəxsləri tutdu– FOTO

Polis Neftçalada silsilə oğurluq edən şəxsləri tutdu

 

Dekabrın 20-də Neftçala rayon sakini Raqib Əzizov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus qarajdan oğurluq edilməsi barədə məlumat verib

 

Yenixeber.org: DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, həmin ünvana gələn Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının araşdırmaları nəticəsində məlum olub ki, qarajdan ümumi dəyəri 4610 manat dəyərində məişət avadanlıqları oğurlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov və Adil Qəmbərov saxlanılıblar.

Araşdırma zamanı dəstə üzvlərinin törətdikləri başqa cinayətlərin də üstü açılıb.

Belə ki, onlar ifadələrində rayonun ərazisində qapısı bağlı evlərə girərək soyğunçuluq etdiklərini də etiraf ediblər. Oğurladıqları məişət əşyalarının bir qismini qiymətindən ucuz satıblar, müəyyən bir qismi isə maddi sübut kimi götürülüb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam