Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Şəmkirdə tövlə uçdu:140 baş iribuynuzlu heyvan tələf oldu

 Şəmkirdə fərdi təsərrüfatda saxlanılan 140 baş qoyun tələf olub. Xırdabuynuzlu heyvanlar tövlənin dağılması nəticəsində kütləvi şəkildə qırılıb. Ölən heyvanların xüsusi qazılmış çalalarda basdırılması baytarların nəzarəti altında aparılır

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, güclü yağışa dözməyən köhnə tövlə uçub. Həmin vaxt içəridə olan 299 qoyundan 140-ı dağıntılar altında qalaraq tələf olub.
Hadisə Şəmkirin Abbaslı kəndi yaxınlığındakı təsərrüfatda qeydə alınıb. Təsərrüfat sahibi Arzu Məmmədovun sözlərinə görə köhnə tövlənin torpaq damı 2 gün əvvəl başlayan güclü yağıntı nəticəsində ağırlaşıb və tikili yükə tab gətirə bilməyib.
Hadisə baş verdikdən sonra heyvanları dağıntılar altından çıxarmaq üçün qohum və qonşular köməyə gəlib.
Şəmkir rayon Baytarlıq İdarəsi isə vətəndaşların çağırışına müvafiq reaksiya verib və zəruri tədbirlər görülüb. Ərazidə dezinfeksiya işləri aparılıb, xəsarət alan heyvanlara yardım olunub.
Ölən heyvanların xüsusi qazılmış çalalarda basdırılması işləri də baytarların nəzarəti altında aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam