Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Rusiyanın zəifləməsinin Azərbaycana təsiri

 

“Rusiyaya pis olacaqsa, o pisliyin bir ucu da Azərbaycana dəyəcək”. 
"Xeberinfo.com":  Məlumata görə, bu sözləri politoloq Zərdüşt Əlizadə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar barədə danışarkən deyib.
Politoloq vurğulayıb ki, Rusiya Azərbaycanın tərəfdaşı olduğuna görə mütləq mənfi təsiri olacaq. 
“O ölkədə, həmçinin 2 milyondan çox soydaşımız yaşayır. Onlar öz qohumlarına pul göndərir. O pulların hesabına burda evlər tikilir, ailələr dolanışıqlarını tapır. Bu, birinci amildir. İkinci amil isə Rusiya zəiflədikcə, onun xarici siyasətində ola bilsin ki, azğınlıq həddi artsın. Bu da ölkəmiz üçün təhlükədir. Ümumiyyətlə, unutmayın ki, Rusiya Azərbaycanın ilk beşliyə düşən ticarət şərikidir. Onlara pis olacaqsa, o pisliyin bir ucu da bizə dəyəcək. Çünki bu iki dövlət əlaqəli bir sistemin içərisindədir”, - deyə politoloq əlavə edib.

Zərdüşt Əlizadənin fikrincə, Azərbaycan əhalisi Rusiyanın zəifləməsinə heç də sevinməməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam