Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Samuxda - top mərmisi tapılıb

Samuxda top mərmisi tapılıb
Samux rayonunda 1 ədəd top mərmisi tapılıb.
Yenixeber.org: Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən verilən məlumata görə, iyulun 5-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Samux rayonu, Lək kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. 

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, DİN-in Samux rayon Polis Şöbəsinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. 



Agentliyin mütəxəssisləri, Samux rayon Polis Şöbəsinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi xüsusi xidmət orqanları tərəfindən mühasirəyə alınıb. 



Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 73 mm-lik geri təpməsiz top mərmisi (OQ-9) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. 





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam