Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Neftçalada dənizdə batan üç gəncdən ikisinin meyiti tapılıb - VİDEO

 

Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə batan 3 nəfərdən ikisinin meyiti Kiçikhəcmli  Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Yenixeber.org: Bu barədə FHN-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.


Neftçala rayonunda dənizdə boğulanların axtarışları davam edir.

Rayonun Yeniqışlaq kəndi ərazisində, Aşağı Mil-Muğan kollektorunun Xəzər dənizinə qovuşduğu yerdə dənizdə batan 3 nəfər gəncin ötən gündən başlayaraq axtarışları hələlik bir nəticə verməyib. 

Axtarışlara FHN-in 3, Dövlət Sərhəd Xidmətinin isə 2 qayığı və canlı qüvvəsi cəlb edilib. 

İlkin məlumatlara görə, həmin gün günorta saatlarında rayonun Həsənabad qəsəbəsinin sakinləri, 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu, 1990-cı il təvəllüdlü Babayev Fərid Namiq oğlu və 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlu çimmək üçün dənizə gediblər. 

Onlar əvvəlcə sahildən, təxminən, 100 metr aralıda yerləşən adada nahar ediblər. Bundan sonra dənizdə çimərkən suda batıblar. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam