Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Avtobusu - narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Narkotik vasitənin təsiri altında Bakıdan Astaraya sərnişin daşıyan avtobus sürücüsü saxlanılıb.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayon ərazisində Bakı-Astara marşrutu üzrə işləyən, Salyan şəhər sakini Ədalət Əliyevin idarə etdiyi “Temza” markalı, 10-TG-546 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu saxlanılıb.

Sürücü Ədalət Əliyev tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı Ə.Əliyevin sərnişin dolu avtobusu narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olub.

Astara RPŞ-yə gətirilən Ə.Əliyevin üzərinə keçirilən baxış zamanı bir bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam