Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Şəkidə - narkobaron saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a məlumat verilib.

Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayonunun Baş Göynük kənd sakini Nazim Abdullayev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, yaş halda ümumi çəkisi 25 kiloqram olan 301 ədəd narkotik tərkibli çətənə bitkisi, eləcə də 23 ədəd sellofan torbada satış məqsədilə saxladığı 4 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan şəxs N.Abdullayev ifadəsində narkotik tərkibli bitkiləri mart ayında əkdiyini, xüsusi qulluq göstərdiyini və qurutduqdan sonra satmaq məqsədində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam