Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Tehran və Moskva Qarabağ məsələsinin həllini tezləşdirə bilər”

 

1997-2005-ci illərdə İranın xarici işlər naziri işləmiş Kamal Xərrazi Moskvada rusiyalı jurnalistlərlə görüş keçirib. 
"Xeberinfo.com":  Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, keçmiş diplomat Dağlıq Qarabağla bağlı “Vestnik Kavkaza”ın sualını cavablandırıb. 
Xərrazi İranla Rusiyanın birgə səylərlə problemin həllinə kömək edə biləcəyinə inandığını söyləyib. “İran və Rusiya qonşu dövlətlərdir. Bizim bir çox regionlarda çoxlu ümumi maraqlarımız var. Odur ki, Moskva və Tehranın Qafqazdakı münaqişələri nizamlamaq üçün əməkdaşlığı onların təbii hüququdur” – deyib eks-diplomat.
“Uzun illərdir orada Azərbaycanla Ermənistan arasında konflikt gedir. Və regional səylər göstərmək lazımdır ki, bu problem yoluna qoyulsun. Nəzərə alsaq ki, İran və Rusiyanın böyük imkanları var, onlar ixtilafın həllinə yardımçı ola bilər” – əlavə edib İran xarici siyasət idarəsinin keçmiş rəhbəri.  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam