Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Putin KTMT və MDB ölkələrinə çağırış etdi-Qarabağdakı humanitar səylərə dəstək verməyə

Yenixeber.org: Rusiya, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağa dair əldə edilmiş razılaşma ardıcıl şəkildə reallaşdırılır. Bu haqda Rusiya prezidenti Vladimir Putin KTMT-nin videokonfrans rejimində keçirilən sammitində çıxışı zamanı deyib.

“İndi hamı birlikdə ümumi səylərlə döyüş əməliyyatları zonasında zərər çəkmiş insanlara kömək etmək, qaçqınların qayıtması ilə bağlı yaranan humanitar problemləri həll etmək, dağılmış infrastrukturu bərpa etmək, tarix, mədəniyyət və dini abidələrin mühafizəsini həyata keçirmək lazımdır”,-Putin bildirib.

 

Rusiya prezidenti əlavə edib ki, Qarabağda situasiyanın yoluna qoyulması üzrə humanitar səylərə KTMT və MDB üzrə tərəfdaşların qoşulmasını da alqışlayardı. Habelə o, hazırda bu məsələ barədə digər beynəlxalq təşkilatlarla da müzakirələrin davam etdiyini bildirib.

Putinin sözlərinə görə, Ermənistan və onun xalqı öz tarixində mürəkkəb dövr yaşadı. Ölkə rəhbərliyi, xüsusən baş nazir Nikol Paşinyan isə ağır, amma zəruri qərar verməli oldu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam