Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Mərkəzi Bank nəhayət, ciddi addımlar atmalıdır"

 

“Mərkəzi Bankın 21 fevral qərarından sonra Azərbaycanda manatın ciddi şəkildə devalvasiyası baş verdi. Artıq yenidən manatın ucuzlaşması, dolların qalxması müşahidə olunur”. 

 

"Xeberinfo.com":  Məlumata görə,  bu sözləri millət vəkili Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, bu, ikinci devalvasiyaya gətirib çıxara bilər: “Bunun qarşısını alımaq üçün Mərkəzi Bank tərəfindən addımlar atılmalıdır. Ancaq çox təəssüflər olsun ki,  hələlik mən Mərkəzi Bankın nə etmək istədiyini başa düşə bilmirəm. Bu qurum, nəhayət, ciddi addımlar atmalıdır”.

Millət vəkili həmçinin  bu günlərdə ölkə başçısının dərman preparatlarının qiymətlərinin  tənzimlənməsi ilə bağlı çıxışına da münasibət bildirib.  Ölkə başçısı çıxışında qeyd edib ki, qiymətlər süni şəkildə qaldırılmamalıdır: “ Ancaq bunun əksinə olaraq bazarda qiymətlərinin həddindən artıq artması müşahidə olunmaqdadır. Biz bu yaxınlarda müvafiq qanuna dəyişiklik etmişik. Bu baxımdan da həmin qanunun tətbiqindən irəli gələn məsələlərə ciddi nəzarət edilməlidir”.

"Qafqazinfo"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam