Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Papanın 40-ı çoxdan çıxıb”

 

“Burada çox papa-papa deyirsiniz. Amma mən hesab edirəm ki, papanın 40-ı çoxdan çıxıb”.

"Xeberinfo.com":  Məlumata görə, bunu millət vəkili, SSRİ xalq artisti Zeynəb Xanlarova parlamentin bugünkü iclasında deyib.

Millət vəkillərinin Roma papasının ermənilərin xeyirinə etdiyi çıxışa etirazına münasibət bildirərkən Z.Xanlarova qeyd edib ki, ağlı başında olan adamlar həmin adamın sözlərinə inanmamalı və əhəmiyyət verməməlidir: “Mən Amerikadan təzə gəlmişəm. Oradakı sadə insanlarla görüşüm olub. Nyu-York şəhərinin meri ilə də görüşdüm. O, Azərbaycan haqqında elə danışırdı ki, heç azərbaycanlı olan şəxs belə danışa bilməzdi. Deyirdi ki, Azərbaycan çox gözəlləşib, az qala ailəmlə bura köçmək istəyirəm. Bir ayın içində gedib-gəlirəm, başqa gözəlliklər görürəm.

Mən həmçinin Nyu-Yorkda yaşayan yəhudilərin dini lideri ilə görüşdüm. O, özü mənimlə görüşə gəlmişdi. Dedi ki, yəhudilərin sözlərini Azərbaycan prezidentinə çatdırın. Dedi ki, biz sizi çox sevirik. Sizin bayrağınız bizim sinaqoqda da asılıb, sizə nə kömək lazımdırsa, edə bilərik. Ancaq təəssüflər olsun, bəzi adamlar var ki, Azərbaycanda olan bu inkişafı kor gözləri ilə görmürlər. Bu inkişafı görməmək baxa-baxa kor olmaq deməkdir” (“Qafqazinfo”).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam