Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Sarkisyanın dialoq təklifinə Paşinyan susur

 

 Ermənistan prezidentinin görüş və dialoq təklifi hələ ki, yalnız "Parlaq Ermənistan" partiyası tərəfindən qəbul edilib.
Yenixeber.org: Ermənistanın News.am saytı siyasi qüvvələrin və baş nazirin Ermənistan prezidentinin dəvətini qəbul edib-etməyəcəyini öyrənməyə çalışıb. 
Məlumata görə, bu günlərdə Ermənistan prezidenti Armen Sarkisyan ölkədəki mövcud vəziyyəti müzakirə etmək və yaranmış böhrandan qarşılıqlı məqbul  həll yolları tapmaq məqsədilə baş naziri, parlament fraksiyaları liderlərini və "Vətəni Qurtarma Hərəkatı”nın liderlərini görüşə dəvət edib. Görüş martın 13-ü, saat 12.00-da  baş tutmalıdır.
Amma Ermənistan  Baş nazirinin mətbuat katibi Mane Gevorkyan, hələlik  bu xüsusda şərh vermək istəmədiyini bildirib.
"Çiçəklənən Ermənistan” partiyası  parlament fraksiyasının katibi Arman Abovyan isə bu məsələnin hələ fraksiyada müzakirə olunmadığını qeyd edib.
Yalnız "Parlaq Ermənistan" partiyasının parlament fraksiyası prezidentin dəvətini qəbul edib. "Parlaq Ermənistan partiyası və onun parlamentdəki fraksiya adından dəvəti qəbul etdiyimizi və vətəndaş həmrəyliyini bərpa edəcək, ölkəni düşdüyü  dərin böhrandan  çıxarmaq yolları arayıb tapmağa imkan verəcək istənilən mükalimədə iştirak etməyə hazır olduğumuzu bildirirəm”,- deyə partiyanın və onun parlamentdəki fraksiyasının lideri Edmon Marukyan deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam