Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

AŞPA məruzəçisi -Ermənistan-Azərbaycan münaqişəsinə dair hesabat hazırlayacaq

#

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavan (İrlandiya) mayın 19-da Ermənistana səfər edəcək.

Yenixeber.org: Bu barədə AŞPA-nın rəsmi internet saytında məlumat yerləşdirilib.

Bildirilib ki, 4 gün davam edəcək səfər çərçivəsində P. Qavan hesabatı üçün Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri barədə məlumat toplayacaq. O, səfər çərçivəsində Ermənistan parlamentinin sədri, münaqişənin humanitar nəticələri ilə məşğul olan müxtəlif nazirliklərin nümayəndələri ilə görüşlər keçirəcək.

Qeyd olunub ki, P. Qavanın eyni zamanda, erməni əsirlərin və itkin düşən şəxslərin ailə üzvləri, qaçqınlar, dini liderlər və Ermənistan Ombudsmanı, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşləri planlaşdırılıb.

Məlumatda qeyd olunub ki, Paul Qavan yayda Azərbaycana səfər edəcək və müvafiq informasiyaları toplayaraq hesabatını payızda tamamlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam