Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Ermənilər mina xəritələrini dərhal verməlidir” -Fransalı senator

“Ermənilər mina xəritələrini dərhal verməlidir” -    Fransalı senator
Fransa senatoru Natali Qule Kəlbəcər rayonunda mina partlaması nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı paylaşım edib.

Yenixeber.org: Fransalı senator Tvitter hesabındakı paylaşımda ötən həftə Bakıda və Ağdamda olduğunu, minalanmış əraziləri öz gözləri ilə gördüyünü bildirib.
“Minalanmış ərazilərin çox geniş sahəni əhatə etdiyni bilirəm. Burada Cənubi Koreya ilə Şimali Koreya arasındakı demilitarizasiya zonasındakından daha çox mina basdırılıb”, -Natali Qule qeyd edib.

O, Kəlbəcərdə mina partlayışı nəticəsində həyatını itirmiş iki jurnalistin – Sirac Abışovun və Məhərrəm İbrahimovun ailələrinə başsağlığı verib.

“Ermənilər minalanmış ərazilərin xəritələrini dərhal Azərbaycana verməlidirlər. Beynəlxalq birlik və xüsusilə Fransa Ermənistanın xeyrinə apardıqları siyasəti dayandırmalıdır. Beynəlxalq birlik ərazilərin minalardan təmizlənməsində Azərbaycana yardım etməli, ədalətli və balanslaşdırılmış yanaşma ilə sülh prosesinə dəstək verməlidir. Avropalı həmkarlarımı seçkilər xatirinə erməni lobbisini dəstəkləmək əvəzinə, Azərbaycana səfər etməyə çağırıram”, - deyə fransalı senator vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam