Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Bakı və İrəvan Riqada Qarabağ məsələsini müzakirə edəcək”

 

Azərbaycan və Ermənistan Avropa Birliyinin (AB) Riqada mayın 21-22-də keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində Dağlıq Qarabağ məsələsini müzakirə edəcək.

"Xeberinfo.com":   Musavat.com-un xarici informasiya qaynaqlarına istinadən verdiyi xəbərə görə, bu barədə qurumun rəsmisi bildirib.

 

“Dağlıq Qarabağla bağlı Minsk Qrupu adlandırılan bir proses var. Bu prosesdə bizim üzv-ölkələrdən biri – Fransa, həmçinin, ABŞ və Rusiya həmsədrlik edir. Onlar iki ölkənin prezidentlərinin, xarici işlər nazirlərinin görüşlərini təşkil edirlər. Riqada prezidentlərin və ya nazirlərin daha bir görüşü keçiriləcək”, - deyə qurum yetkilisi qeyd edib.
“Biz rusiyalı, amerikalı və fransalı həmkarlarımızın bacardıqları hər şeyi etmək üçün səylər göstərdiklərində tamamilə əminik” - əlavə edib o.
Qeyd edək ki, AB-ni n “Şərq tərəfdaşlığı” proqramına daha 4 ölkə - Gürcüstan, Ukrayna, Moldova və Belarus daxildir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam