Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Avropa İttifaqı sülh müqaviləsinə dəstək verəcək

 

Avropa İttifaqı  sülh müqaviləsinə  dəstək verəcək
Mən həqiqətən də vəziyyətlə əlaqədar və mümkün sülh sazişi çərçivəsində irəliləyişə nail olmaq üçün işin aparılmasının əhəmiyyəti ilə bağlı Ermənistan hökuməti, Ermənistanın baş naziri ilə müfəssəl müzakirələr aparmışam. Biz regionda daha çox sabitliyin, təhlükəsizliyin təmin olunması üçün hansı elementlərin nəzərə alınmalı olduğu barədə söhbət etdik.
Yenixeber.org: Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında “sülh razılaşması üzərində danışıqlara başlamağa Ermənistanı inandırmaq üçün Avropa İttifaqı nə edə bilər” sualına cavabında bildirib.

Şarl Mişel deyib: “Mənim həm də Azərbaycan Prezidentinə mesajları çatdırmaq imkanım oldu. Mən həm Azərbaycan Prezidentinə, həm də Ermənistan baş nazirinə Avropa İttifaqının mümkün qədər müsbət və konstruktiv rol oynamağa hazır olduğunu bildirdim. Əlbəttə ki, biz Minsk qrupunun oynadığı rola hörmət bəsləyirik. Lakin bu, Avropa İttifaqı tərəfindən müəyyən mütəxəssis biliyi, dəstək və ideyaların təmin edilməsinin və daha çox sabitliyin, təhlükəsizliyin təmin olunması, regionda dayanaqlı sülhün bərqərar olmasından əmin olmaq üçün müəyyən mümkün irəliləyişlərə dəstək verilməsinin mümkün olmaması anlamına gəlməməlidir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam