Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Ermənilər Xocalı soyqırımından xəcalət çəkməli idilər"

 

“Mən erməni xislətinə inanmıram. Bunların hamısı sözdədir, əməldə onlar təxribat törədiblər və həmişə də törədəcəklər”.

 

"Xeberinfo.com":  Trend-in məlumatına görə, bu sözləri Milli Məclis sədrinin birinci vitse-spikeri Ziyafət Əsgərov ermənilərin I Avropa Oyunlarında təxribat törətməyəcəkləri barədə yaydığı bəyanatla bağlı jurnalistlərə açıqlamasında deyib.

 

O, qeyd edib ki, Binəqədi rayonunda baş vermiş hadisə ilə bağlı ermənilərin xəcalət çəkməsi əbəsdir. Onlar Xocalı soyqırımından, 1988-ci ildə törətdikləri cinayətdən xəcalət çəkməli idilər:

 

“Mən mətbuatda oxudum ki, guya hansısa erməni Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar xəcalət çəkdiyini bildirib. Bunların hamısı qeyri-səmimi sözlərdir. Xəcalət çəkən erməni 1988-ci ildə xəcalət çəkməli idi, Azərbaycanın ərazisi ermənilər tərəfindən işğal olunanda, həmçinin Xocalı soyqırımında, azərbaycanlıların başını kəsərkən xəcalət çəkməli idi. O zaman səmimiyyət olardı. Amma indi əlbəttə ki, mən onların heç bir səmimiyyətinə inanmıram və güman edirəm ki, siz də inanmırsınız”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam