Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Baş nazirin oğlunun Bakıda olduğu bəlli oldu

 

   

      Haqqında məcburi ifadəyə gətirilmək qərarı verilən Bilal Ərdoğan günlərdir itkin düşmüşdü. İddiaya görə, baş nazirin oğlu Bakıdakı “Qafqaz City” hotelində qalıb. 

 

    "xeberinfo.com": Dəyərli oxucularımıza da məlumdur ki, ötən ilin dekabrın 17-də Türkiyədə baş verən hadisələr barədə silsilə yazılar dərc etmişik. Həmin yazılarda Baş nazir R.T.Ərdoğanın oğlu Bilal Ərdoğan haqda da məlumat vermişdik. Hətta onu da qeyd edək ki, nazirin oğlunun Azərbaycanda olduğu xəbəri yayılmışdı. 

     Bu barədə yeni məlumatlar əldə etmişik. Məlumata görə, Türkiyənin baş naziri R.T.Ərdoğanın oğlu Bilal Ərdoğan Türkiyənin Artvin şəhərində gizlənib.Haqqında məcburən ifadəyə gətirilmə qərarı veriləndən sonra 2 yanvar tarixində Bilal Bakıya gələrək, “Qafqaz City” hotelində qalıb.

    “Qafqaz City” hotelinin qəbul-qeydiyyat şöbəsindən əldə etdiyimiz məlumatda bu xəbər öz təsdiqini tapdı. Şöbədən “burada idi, ancaq indi hal-hazırda hoteli tərk edib” - cavabı verildi. Bir neçə sualdan sonra hotel  idarəçisi, “xeyr, burada qalmayıb. Bakıda “Qafqaz” adlı başqa hotel də var, bəlkə, orada qalıb” - deyərək qeydiyyat şöbəsinin verdiyi məlumatı inkar edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam