Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Yeni hərbi ittifaqın hədəfi: Nüvə silahları suyun dibinə endirilir

Yeni hərbi ittifaqın hədəfi: Nüvə silahları suyun dibinə endirilir

 

ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks və İngiltərə baş nazirinin milli təhlükəsizlik müşaviri Stiven Lavqrou Sakit-Hind okean bölgəsində təhlükəsizliklə bağlı Avstraliya ilə yeni üçtərəfli hərbi tərəfdaşlığı müzakirə edib.

Yenixeber.org: Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, tərəflər ABŞ-ın davam edən strateji araşdırmaları və Hind-Sakit okean bölgəsinə sülh və sabitlik gətirmək üçün bu yaxınlarda elan edilən ABŞ, İngiltərə və Avstraliyanın üçtərəfli təhlükəsizlik tərəfdaşlığı da daxil olmaqla müdafiə və təhlükəsizlik prioritetləri haqqında fikir mübadiləsi aparmaq üçün bir araya gəliblər.

Sentyabrın 16-da Avstraliya, İngiltərə və ABŞ yeni təhlükəsizlik ittifaqı elan edib. Müqavilənin bir hissəsi olaraq, Avstraliya 2036-cı ildə xidmətə girəcək Amerika və İngiltərə texnologiyalarının köməyi ilə ən azı 8 nüvə sualtı gəmisi istehsal etmək və silahlı qüvvələrini ABŞ-ın müdafiə sistemləri ilə yenidən təchiz etmək niyyətindədir.AUKUS adlanan ittifaqın son zamanlarda bölgədə hərbi fəallığını artıran Çinə qarşı fəaliyyət göstərəcəyi gözlənilir./teleqraf/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam