Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Milli Şuranın keçirdiyi aksiyalar məhz həmin anti-Azərbaycan qüvvələrinə sərf edəcək"

 

“Biz görürük ki, 20 ildir Azərbaycandakı vəziyyəti pisləyən beynəlxalq təşkilatlar demokratiyaya heç bir ciddi dəstək verməyib, yalnız mövqe bildiriblər. Bu da onu göstərir ki, məqsəd heç də demokratiyanı müdafiə etmək deyil, demokratiya adı altında öz maraqlarını təmin etməkdir”.

"Xeberinfo.com":  Məlumata görə, bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şuranın mayın 30-na təyin etdiyi mitinqə münasibət bildirərkən deyib. 
O, aksiyaya qatılmayacağını bildirərək, indiki halda bu aksiyanı fürsətçilik kimi qiymətləndirib. S. Cəlaloğlu bu aksiyanın iqtidarın deyil, xalqın əleyhinə olacağını vurğulayıb: “Avropa Oyunları ilə bağlı Bakıya çoxlu jurnalist dəvət olunub, Milli Şura da bundan istifadə edib siyasi maraqlarını ortaya qoyur. Bu baxımdan düşünürəm ki, bu cür beynəlxalq tədbirlərdən iqtidarın əleyhinə istifadə etmək düzgün deyil. Çünki bu, iqtidardan çox, xalqın əleyhinə yönəlir. Buna görə də biz aksiyaların vaxtı məsələsində çox həssas olmalıyıq. Digər tərəfdən də, kifayət qədər anti-Azərbaycan mövqeyində olan dairələr var ki, ölkədəki nöqsanları qabartmaqda məqsədi heç de demokratik dəyərlər deyil. Onlar sadəcə, ölkənin imicinə zərbə vurmaq niyyətindədirlər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam